Əsas səhifə Biznes sahələri Texnologiya “Google” yol qəzasına düşən istifadəçilərə kömək edəcək

“Google” yol qəzasına düşən istifadəçilərə kömək edəcək

114
Paylaş

ABŞ-ın “Google” korporasiyası yol qəzalarında istifadəçilərə kömək etmək üçün “Android” əməliyyat sisteminə yeni tətbiq əlavə etməyə hazırlaşır.

Tətbiqin məqsədi qəzadan dərhal sonra istifadəçinin vəziyyətini bilmək və təcili yardıma zəng etməkdir.

Əvvəlcə ABŞ-da istifadəyə verilməsi planlaşdırılan yeniliyin “Google”un “Pixel 4” cihazları üçün eksklüziv olduğu bildirilir.

Sistem qəzadan sonra istifadəçidən onun vəziyyətini soruşacaq və cavab almazsa dərhal hadisə yerinə tibbi heyət çağıracaq.