Əsas səhifə Biznes sahələri Texnologiya “Google” yeni axtarış alqoritmini təqdim edib

“Google” yeni axtarış alqoritmini təqdim edib

79
Paylaş

“Google” şirkəti sorğunun məzmununu daha yaxşı müəyyən edə bilən yeni axtarış alqoritmini istifadəyə verib. Bu barədə understanding-bert/ Google bloqunda bəhs olunur.

Şirkətdə yeni alqoritmi BERT adlandırıblar. Texnologiya insan nitqinə öyrəşdirilib və bu da istifadəçini daha yaxçı anlamağa imkan verir.

Əvvəllər “Google” bütünlükdə sorğudakı ifadəni deyil, ayrı-ayrı sözləri  təhlil edirdisə, artıq indi BERT hissəciklər, ön sözlər və söz birləşmələrini də təhlil edə biləcək.

Texnologiya ilk öncə ingilis dilli sorğular üçün istifadə ediləcək və onun başqa dillərə nə vaxt tətbiq ediləcəyi məlum deyil.