Google yeni Android versiyalarında desert adlarından istifadə etməyəcək

Date:

Paylaş:

Android Q Android 10 adı altında çıxacaq.

Android növbəti nəsil əməliyyat sisteminin təyinatı üçün desert adlarından imtina edib. Bu barədə şirkətin bloqundan məlumat verilib.

Şirkət OC versiyalarını 2009-cu ildən desertlərə görə adlandırıb – Cupcake, Jelly Bean, Marshmallow, Oreo, Pie və digərləri. Bununla belə, hər növbəti sistemin adı əlifba sırası ilə olan hərflərlə başlayıb. Lakin bəzi istifadəçilər bu təsnifatın onlar üçün anlaşılmaz olmasından şikayətləniblər.

“Bəzi dillərdə L və R hərfləri fərqlənmirlər, buna görə də bəzi istifadəçilər Android Lollipop-dan danışaraq söhbətin KitKat-dan sonrakı versiyalardan getdiyini başa düşməyiblər. Bunu anlamaq yeni Android istifadəçiləri üçün daha çətindir, onlar bizim bu təsnifatımızla tanış deyillər.

Bundan başqa, biz başa düşürük ki, bır sıra ölkələrdə piroqlar (Pie) desert sayılmır, zefir isə (Marshmallow) dadlı olsa da bir çox ərazilərdə o qədər də tanınmış deyil” – deyə, Android məhsullarının idərə olunması üzrə vitse-prezident Samir Samat bildirib.

Şirkətdən deyiblər ki, növbəti OC versiyası Android 10 adlanacaq.

Həmçinin Android rebrendinq keçirib: loqotipi və rəngi dəyişilib, belə ki, oxunması daha rahat olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...