227 nəfər kompensasiya almalıdır.
“Google” işə götürülən namizədlərin yaş ayrıseçkiliyinə görə kollektiv iddianı qaydaya salmaq üçün 11 milyon dollar ödəməyə razılıq verib. Bu barədə Bloomberg yazır.
Kompensasiya 40 və 40 yaşından yuxarı, iddiaya qoşulan hər kəsə şamil olunur. Nəticədə hər kəs 35 min dollardan çox qazanacaq. İddiaçıların maraqlarını qoruyan hüquqşünaslar isə 2,75 milyon dollar əldə edəcəklər.
Müqavilənin şərtlərinə görə, “Google” həm də əməkdaşlar arasında yaş fərqi mövzusunda treninq keçirməli və işçilərin işə götürülməsində bu məsələ ilə bağlı suallarla məşğul olan komitet yaratmalıdır.
İddianı Cheryl Fillekes irəli sürüb. Onun 50-dən çox yaşı var və təsdiq edib ki, “Google” onu yaşına görə işə götürməkdən imtina edib, halbuki onun yüksək ixtisaslıdır və proqramlaşma təcrübəsi də var.
“Google”un nümayəndəsi bildirib ki, şirkət hələ də bu ittihamlaral razılaşmır.Onun sözlərinə görə Fillekes və digər iddiaçılar sadəcə müraciət etdikləri iş üzrə lazım olan texniki göstəricilərə cavab verməyiblər. Şirkət bir daha təsdiqləyib ki, Google-un yaş və digər əlamətlərlə bağlı təcrübəsi yoxdur.