Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Google” yaradıcıları Alphabet-ə rəhbərlikdən uzaqlaşacaqlar

“Google” yaradıcıları Alphabet-ə rəhbərlikdən uzaqlaşacaqlar

65
Paylaş

“Google” yaradıcıları Larry Page və Sergei Brin daha Alphabet holdinqinə rəhbərlik etməyəcəklər. Bu barədə şirkət özü məlumat verib.  Page şirkətdə baş direktor, Brin isə Alphabet-in prezidenti olublar.

Artıq şirkətə “Google”-un baş direktoru Sundar Pichai başçılıq edəcək.

Brin və Page dərc etdikləri məktubda buna belə aydınlıq gətiriblər ki, şirkətə idarəçilik strukturunu sadələşdirmək mümkün olduğu halda hakimiyyətdə qalmaq istəmirlər. Belə ki, onlar direktorlar şurasının iştirakçısı kimi fəaliyyətlərini davam etdirəcək və Alphabet-in isə səhmdarları olaraq qalacaqlar.

Qeyd edək ki, Page və Brin Google-u 1998-ci ilin sentyabrında yaradıblar.