Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Google” xəbər saytları hesabına 5 milyard yaxın pul qazandı

“Google” xəbər saytları hesabına 5 milyard yaxın pul qazandı

28
Google news
Google news

“Google” kompaniyası xəbərlərin axtarışı zamanı translyasiya edilən reklamlardan 4,7 milyard dollar qazanıb.

Bu haqda “The New York Times” mənbəyə istinadən yazır.

“Google” ilə müqayisədə idə bütün Amerika mətbuatı ötən il dijital reklamlardan daha çox – 5, 1 milyard dollar əldə edib.

Bununla bağlı olaraq “News Media Alliance”ın prezidenti, Amerikada 2 min müxtəlif nəşri birləşdirən Devid Çavern deyib ki, jurnalistlər reklamların böyük bir hissəsini qazanmağa layiqdirlər, nəinki “Google”, “Facebook” kimi texnologiya şirkətləri.

Çərşənbə axşamı ABŞ Konqresinin Nümayəndələr Palatası jurnalistləri qorumağa hesablanan qanun layihəsinə baxacaqlar. Bu, mətbuatın antimonopoliya qanunvericiliyindən 4 il müddətinə çıxarılmasını nəzərdə tutur. Qanunun tətbiqi, yayımçıların reklam gəlirlərinin yenidən bölüşdürülməsi üzrə onlayn platformalar ilə danışıqlar aparmasına imkan verəcək.

Şübhəsiz ki, bu gün “Google” və “Facebook” xəbərçilər üçün əsas paylaşım platformasıdır. “The New York Times”ın məlumatına görə, onlar xarici trafikin 80%-dən çoxunu müxtəlif saytlar üzrə paylayıblar. Bunun nəticəsində bir neçə il ərzində xəbər yayımçıları gəlirlərinin əhəmiyyətli hissəsini itiriblər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here