Əsas səhifə Biznes sahələri Texnologiya “Google” URL Shortener” xidmətinin fəaliyyətini rəsmən dayandırıb

“Google” URL Shortener” xidmətinin fəaliyyətini rəsmən dayandırıb

744
Paylaş
Google
Google

“Google” korporasiyası “URL Shortener” xidmətinin fəaliyyətini rəsmən dayandırıb. Bu xidmət qısa linklər yaratmağa və bundan başqa həmin linklər üzrə keçidlərin sayını hesablamağa imkan verirdi.
 
“Google URL Shortener” xidməti 2009-cu ildə istifadəyə verilmişdi. 2018-ci ildə xidmət yeni istifadəçilər üçün əlçatmaz idi, indi isə fəaliyyəti dayandırılıb.
 
Bu, “Google”un ilk bağlanmış layihəsi deyil. 2019-cu il aprelin 2-də “Google+” sosial şəbəkəsinin fəaliyyəti dayandırılacaq.