Google-un təcavüzlərə qarşı etirazlar təşkilatçısı öz postunu tərk edib

Date:

Paylaş:

Tətil 2018-ci ilin payızında olub və 20 mindən çox adam iştirak edib.

Bloomberg yazır ki, Google Open Research-ün  rəhbəri Meredith Whittaker vəzifəsindən gedib. O, Google əməkdaşlarının şirkətdə rasizm, gender bərabərsizliyi və təcavüzlərə qarşı etirazlarının təşkilatçılarından biri olub.

Şirkətdə onun artıq orada işləmədiyini təsdiqləyiblər, lakin başqa rəy bildirilməyib. Meredith özü isə Twitter-də yazıb ki, Nyu-York universitetinin AI Now Institute araşdırma mərkəzinin rəhbər köməkçisi olub.

2018-ci ilin payızında Google-un London, Dublin, Tokio, Sinqapur və digər şəhərlərində yerləşən ofislərinin əməkdaşları etirazlar keçiriblər. Tətil The New York Times-ın paylaşımından sonra baş tutub. Orada jurnalistlər Google-u, özlərinin cinsi təcavüzdə günahlandırılan top-menecerlərini müdafiə etməkdə təqsirləndirirdilər.

2019-cu ilin aprelində Whittaker və digər əməkdaşlar Google-un təzyiqləri ilə üzləşdiklərini deyiblər. Onlar şirkətin fəaliyyətini keçirilən etiraz aksiyaları ilə əlaqələndiriblər.Whittaker bildirib ki, Googe ondan tələb edib ki, əgər vəzifəsində qalmaq istəyirsə, süni zəka etikası üzrə işini və AI Now Institute-dəki işini tərk etsin. Daha sonra Google ittihamları rədd edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...