Google-un süni intellekti proqramçıları üstələyib

Date:

Paylaş:

Süni intellekt erası reallığı dəyişdirəcək və bəşəriyyətə mövcudluğun yeni səviyyəsinə nail olmağa imkan verəcək.

Xeberler.az bildirir ki, bu haqda sərbəst şəkildə süni intellekt sistemləri yaradan alqoritmin hazırlandığı “Google” texnologiya korporasiyasının nümayəndələri bildirib.

Belə ki, bu yaxınlarda proqramçılardan daha mükəmməl sistem yaradaraq öz istehsalçılarını belə təəccübləndirən “AutoML” layihəsi hazırlanıb.

“AutoML” şəkillərin kateqoriyalaşdırılması üçün alqoritm yaratdı. Bu, bizim aparıcı proqramçılarımız tərəfindən hazırlanmış alqoritmdən daha effektiv oldu. Qeyd etmək lazımdır ki, bu, olduqca sadə tapşırıqdır.

“AutoML” isə öz üstünlüyünü təsvirlərdə obyektlərin nişanlanması üçün sistemin yaradılması kimi daha mürəkkəb alqoritmlərdə də göstərib”, – deyə Google şirkətindən bildirilib.

Mütəxəssislər “AutoML”in insanları geridə qoyduğu sahənin kifayət qədər mürəkkəb olduğunu söyləyiblər.

Google proqramçılarının bəziləri bu sahədə işləməyə imkan verən təcrübəyə malikdir. Bu kimi mürəkkəb alqoritmləri hazırlamağı bacaran süni intellektin yaradılması mühüm praktiki nəticələrə gətirib çıxara bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...