“Google” üçüncü sualtı kabelininin tikintisinə başlayıb

Date:

Paylaş:

“Google” öz xidmətlərinin işini sürətləndirmək məqsədilə növbəti sualtı kabelinin tikintisinə başlayıb. Layihə “Equiano” adlandırılıb.

Yüksəksürətli kabel Lissabondan Keyptauna kimi uzanacaq. Planlaşdırılan bir neçə şaxələnmə internet nəhənginin Afrikanın Nigeriya kimi ölkələrlə əlaqəsini genişləndirəcək.

“Google”un iddiasına görə, “Spatial Division Multiplexing” texnologiyasından istifadə edən “Equiano” layihəsi 2019-cu ilin iyununadək regiona xidmət edən kabellərdən təxminən 20 dəfə çox buraxılış qabiliyyəti təklif edə biləcək.

Bu kabel dünyada ilk dəfə dalğanın uzunluğu səviyyəsində ənənəvi kommutasiya metodundan fərqli olaraq optik çevrilmədən istifadə edəcək.

“Google” sözügedən kabelin tikintisini özü maliyyələşdirəcək.

“Google” şirkəti 3 ildə hesablama infrastrukturunun inkişafına təxminən 47 milyard dollar xərcləyib. Sualtı kabellər internetin texnoloji əsasını təşkil edir, çünki qlobal veb trafikinin 99%-ni onlar təmin edirlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...