Google Assistant-da internet səhifələrini yüksək səslə oxuma funksiyası işə düşüb. O, gözləri zəif görənlər üçün əlverişlidir.
Assistentin mətni oxumağa başlaması üçün ona “ Bunu oxu” və ya “Oxu”çağırışını etmək lazımdır. Bundan sonra proqram mətni ifadəli şəkildə oxumağa başlayacaq. Assistent ancaq ekranda olan mətni oxuyacaq.
Yeni funksiya hələlik yalnız 5.0 versiyasından aşağı olmayan smartfonlar üçün orijinal Android platformasında mövcuddur.
Qeyd edək ki, bu imkan hazırda hələ ki, 42 dildə dəstəklənir.