Əsas səhifə Şirkətlər Google üç illik fəaliyyətdən sonra Daydream VR-layihəsini bağlayıb

Google üç illik fəaliyyətdən sonra Daydream VR-layihəsini bağlayıb

90
Paylaş

Google,  Daydream View virtual reallıq qarniturunun satışını və Daydream VR-platformasnın inkşafını dayandırıb. Bu barədə VentureBeat şirkətin nümayəndəsinə istinadən yazır.

Platforma və Daydream mağazası fəaliyyətlərini davam etdirəcəklər, şirkət həm də olan istifadəçilərin dəstəyini də qoruyub saxlayacağına söz verir. Amma yeni Pixel smartfonlarında və digər Android cihazlarında  Daydream dəstəyi olmayacaq.

Google-un mətbuat xidmətindən bildirilib ki, onlar VR dəstəkli smartfonda böyük potensial görüblər, amma uzunömürlü layihə yaratmağa əngəl olan bəzi məhdudiyyətlərin də şahidi olublar.

Şirkət qeyd edir ki, əsas ciddi problem smartfonu qarnitura yerləşdirmək problemi olub – istifadəçilər gün ərzində istifadə etdikləri tətbiqlərə daxil ola bilməyiblər. Onlar zamanla artıq Daydream View qarniturundan istifadənin azaldığının şahidi olublar və daha Daydream View satmırlar, Pixel 4-də də  Daydream dəstəyindən imtina ediblər.

Google 2016-cı ildə Daydream və VR-qarnituru təqdim edib. İstehlakçılar smartfonu qarniturdakı xüsusi boşluğa yerləşdirərək tətbiqlərdən yararlana və virtual reallıqda oyunlar oynaya bilərdilər.

Üç il ərzində nə qədər Daydream View dəsti satıldığını şirkət açıqlamır.

Google nümayəndəsi bildirib ki, artıq şirkət virtual obyektləri smartfon kamerasının köməyi ilə real məkana yerləşdirməyə imkan verən əlavə reallıq layihələrinin inkişafına köklənib.