Əsas səhifə Xəbərlər Digər xəbərlər “Google Translate”ə yeni “Transcribe” aləti əlavə olunub

“Google Translate”ə yeni “Transcribe” aləti əlavə olunub

245
Paylaş

Google Translate xidmətinin proqramçıları Android üçün yeni “Transcribe” tərcümə alətinin artıq hazır olduğunu bildiriblər. O, 8 dili əhatə edir : ingilis, fransız, alman, hind, portuqal, rus, ispan və tay dilləri.

Googlr Translate-dən fərqli olaraq Transcribe-da tərcümə mətninin həcminə məhdudiyyət yoxdur – mətn, sözlərin və ya ifadələrin sayından asılı olmadan davamlı şəkildə yığılır. Bu alət audiokitablar və ya mühazirələr də daxil olmaqla istənilən bir nitqin tərcüməsini həyata keçirə bilir.

Transcribe-da müəyyən funksiyalar var – məsələn, istifadəçi mətnin ölçüsünü təyin edə  və ya istədiyi vaxt tərcüməyə fasilə verə bilər. Tərcümə, səsli Live Transcribe mühərriki vasitəsilə reallaşır. Mühərrik, TPU (tensor preocessor unit) bulud “neyroprosessor”ları sayəsində işə düşür.Bu, tərcüməni real vaxtda, saniyədə bir neçə dəfə sürətlə yeniləməyə imkan verir.