“Google Chrome” un texniki rəhbəri Addy Osmani qeyd edir ki, may ayında buraxılacaq yeni Chrome 75 brauzeri internet trafikinə qənaət etmək funksiyasını (“lazy-loading”) alacaqdır.
Bu texnologiya ekranın yalnız görünən hissəsini yükləyərək, istifadəçilərə internet trafikinə qənaət etməyə imkan verəcəkdir.
Qeyd olunur ki, adətən bir veb-səhifənin yüklənməsinə 10 MB, “lazy-loading” funksiyası vasitəsilə isə cəmi 250 KB sərf olunub. Beləliklə, internet trafikinin qənaəti 98%- təşkil edə bilər. Bu, inanılmaz bir rəqəmdir, lakin istifadəçinin veb-səhifənin tam ölçüsünə baxmaması şərti ilə.
İlk başlarda bu yenilik yalnız mobil cihazlar üçün nəzərdə tutulmuşdu, lakin sonradan Chrome komandası texnologiyanı Windows, macOS, Linux və Chrome OS kimi müasir platformalara tətbiq etmək qərarına gəliblər.