Google, Stadia axın xidməti haqqında anons verdi: onunla Chrome-dan oyunlar yükləmək mümkün olacaq

Date:

Paylaş:

Bu xidmət sayəsində Google Chrome-un işlədiyi istənilən cihazda: smartfonlar, planşetlər, televizorlar və sair-də oyun yükləmək mümkün olacaq.

Google Stadia oyunçuları üçün axın platformasını təqdim edib. Təqdimatın birbaşa yayımı YouTube-da yerləşdirilib.

Oyunları You Tube-dan yükləmək mümükündür: məsələn, treylerə baxdıqdan sonra. Platforma ilə bir yerdə Google, You Tube üçün çəkilişlər düyməsi olan mikrofonlu eyniadlı kontrolleri də təqdim etdi. Bununla,Stadia artıq mövcud olan klaviaturanı və video oyun kontrollerini dəstəkləyir.

Yükləmə zamanı Stadia 4K-nı 60 FPS həcmli HDR-lə dəstəkləyəcək, gələcəkdə isə şirkət 8K-nı 120 FPS həcmlə dəstəkləməyi planlaşdırır. Platforma həmçinin Havok, CryEngine, Unreal Engine, Unite və başqalarını dəstəkləyir.

Google həmçinin deyir ki, Stadia-da oyunları sındırmaq çətin olacaq.

Platformanın istifadəçiləri dostlarına və izləyicilərinə qısa linklər göndərə biləcəklər: bunların üzərinə basaraq onlar oyunu qaldıqları eyni yerdən və eyni qaydalarla davam etdirə biləcəklər.

Platforma Aİ texnologiyasının köməyilə oyunda şəkillərin üslubunu dəyişməyə imkan verəcək.

Google həmçinin Stadia Games and Entertainment-in, yəni şəxsı oyun studiasının yaradadılmasından da danışır, belə ki, bu studiya platforma üçün eksklüziv məzmun quraşdıracaq.

Stadia 2019-cu ildə ABŞ, Kanada, Böyük Britaniya və Avropanın əksər hissəsində fəaliyyətə başlayacaq. Şirkətdə Stadia-ya abunə haqqı hələ ki açıqlanmır.

Google Stadia-nı Project Stream adı ilə 2018-ci ilin sonunda sınaqdan keçirib. İstifadəçilər Chrome brauzeri vasitəsilə cihazda oyunları yükləmədən oynaya bilirdilər.

 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...