Google şirkəti sınaq tətbiqi hazırlayıb. O, gadgetlərdən istifadə müddətinə nəzarət edərək onu məhdudlaşdıra bilir. Yeni xidmətlərdən başqa, şirkət kağız “telefon” da buraxıb və o da smartfondan yayınmamağa kömək edir.
TechCrunch xəbər verir ki, “Google”, istifadəçilərin mobil cihazdan istifadəyə nəzarət edə bilmələri üçün belə bir ekran vaxtı ilə idarəetmə tətbiqini təqdim edib. Yeni xidmətlər texnologiyalarla qarşılıqlı fəaliyyətin qəbul edilməsini inkişaf etdirməyə imkan verən Digital Wellbeing Experiment platformasının tərkib hissəsi olublar.
Unlock Clock tətbiqi istifadəçinin gün ərzində neçə dəfə smartfonu blok etdiyini və cihazın ekranında sayğacı göstərir.
We Flip dostlar və doğmalarla görüş üçündür. İştirakçılar servisə qoşulurlar və söhbət müddətində gadgetdən istifadə edə bilmirlər.
Desert Island və Morph tətbiqləri idarə etməyə imkan verirlər. Birincisi istifadəçiyə real vaxtda lazım olmayan proqramları gizlədir və onu yayındırır, ikincisi isə gadgetdən istifadənin daha səmərəli olması üçün tətbiqləri bir neçə qrup üzrə təsnifləndirir.
Post Box bütün bildiriş və ismarıcları toplayır, sonra isə onları seçilmiş zaman ərzində bir dəfə istifadəçiyə göstərir. Google-un ən möcüzəvi məhsulu “kağız telefon”dur. Tətbiq xüsusi şəkilli broşura çap edir və orada müvafiq gündə istifadəçiyə lazım olan bütün məlumatlar (kontaktlar, xəritələr,görüşlər,tapşırıqlar və hava məlumatı) göstərilir. “Kağız telefon” istifadəçiyə “lazımi məlumatı əldə etməkdən imtina etməməklə smartfondan uzaq durmaqda” kömək edir.
Bu layihə smartfonlardan asılılıqla mübarizədə əlverişlidir.