Alphabet holdinq 2019-cu ilin ikinci rübündə 38,9 milyard dollar əldə edib. Bu, keçən ildəkindən 19% çoxdur. Reuters yazır ki, analitiklər 38,2 milyard dollar həcmində gəlir gözləyirdilər. Holdinqin xalis gəliri 9,9 milyard dollara çatıb. Reklam satışlarından gəlir payı – 85%.
Telefon konfransı zamanı “Google”-un baş direktoru Sundar Piçai bildirib ki, ikinci rübdə şirkət Pixel smartfonlarının satışını iki dəfə artırıb. Satılmış cihazların sayını isə şirkət açıqlamır. 2019-cu ilin mayında “Google” Pixel 3a və Pixel 3a XL smartfonlarını təqdim edib – yeni modellər müvafiq olaraq 399 dollar və 479 dollardır.
Alphabet öz hesabatında xəbər verib ki, direktorlar şurası C sinfi səhmlərinin 25 milyard dollara satın alınmasını təsdiqləyib. CNBC qeyd edir ki, hesabatın dərc edilməsindən sonra holdinqin gəliri 9% -dən də çox artıb.