“Google” siyasi reklam yerləşdirmə qaydalarını sərtləşdirəcək

Date:

Paylaş:

“Google” şirkəti siyasi reklam siyasətini sərtləşdirməyi planlaşdırır.

Bu barədə şirkətin veb-saytında yayımlanan açıqlamada bildirilir. Şirkət nümayəndələrinin bildirdiyinə görə, reklam xarakterli materialları internet istifadəçilərinin müəyyən qruplarına yönəltmək imkanları məhdudlaşdırıla bilər.

“Google” qeyd edir ki, siyasi reklamı aşağıdakı meyarlara uyğunlaşdırmaq mümkün olacaq: istifadəçilərin yaşı, cinsi, həmçinin yerləşdiyi yer. Bu materialların istənilən kontekstdə tamaşaçıya göstərilməsini əhatə edən məqbul bir təcrübə olacaq. Məsələn, internetdə iqtisadi mövzuda məqalələr oxuyan şəxslər.

Şirkət bildirir ki, seçki namizədləri və səsvermə prosesi haqqında bilərəkdən yalan və ya yanlış məlumat yayılmasının qarşısını almaq üçün tədbirlər görür. “Google” nümayəndələri söz verirlər ki, şirkətə məxsus platformalardan istifadə edərək siyasi reklamların kim tərəfindən yerləşdirildiyi barədə daha çox məlumat toplamağa başlayacaqlar. Bununla da təşviqat materiallarının hansı auditoriyaya yönəldiyini daha ətraflı şəkildə müəyyən etmək planlaşdırılır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...