Google şirkəti iki kadr vasitəsilə videonu tamamlaya bilən süni zəka yaradıb

Date:

Paylaş:

Neyron şəbəkələr artıq statik təsvirlərin animasiyalarını reallaşdırmağı və köhnə videoçarxların keyfiyyətlərini yüksəltməyi öyrəniblər. Lakin məlum olub ki, neyron şəbəkələrin imkanları bununla bitmir. Belə ki, Google şirkətinin süni zəka ilə çalışmaq üzrə tədqiqat şöbəsi yeni alqoritm anons edib. Həmin alqoritm birinci və sonuncu kadr vasitəsilə videonu tam yarada bilir. Bu barədə Arxiv.org saytına istinadən 4pda saytı xəbər verib.

Google şirkətinin əməkdaşları tərəfindən yaradılmış bu neyron şəbəkə 3 komponentdən ibarətdir. İkiölçülü təsvirin dekoderi daxil olmuş məlumatların analizi üçün onları xüsusi formata çevrir, gizli üçölçülü təsəvvür generatoru əldə olunmuş məlumatlar əsasında öyrədilir, videogenerator isə əldə olunacaq videonun yeni kadrlarını əldə olunmuş məlumatlar əsasında dekoderləşdirir.

Sözügedən texnologiyanın işini yoxlamaq üçün tərtibatçılar 3 kadrdan ibarət materialı 64×64 piksel keyfiyyətinə kimi sıxışdırıblar. Hər bir nümunə özündə ümumilikdə 16 kadrı birləşdirirdi. Həmin 16 kadrdan 14-nü süni zəka texnologiyası yaratmalı idi. Tədqiqatçılar hər bir ilkin təsvir üçün sözügedən alqoritmi 100 dəfə işə salırdılar. Bununla belə süni zəka sisteminin özünü təkmilləşdirməsi NVIDIA Tesla V100 videokartı vasitəsilə 5 gün vaxt aparıb. Nəticədə süni zəka sistemi tərəfindən generasiya edilmiş kadr ardıcıllığı tərtibatçılar tərəfindən təqdim edilmiş ilkin və son kadrlara uyğun gəlib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...