“Google” şirkəti Chrome brauzeri üçün musiqi və videoların işə salınması düyməsini test edir

Date:

Paylaş:

Techdows saytı aşkar edib ki, Google şirkəti öz Chrome brauzeri üçün musiqi və videoların işə salınması düyməsini test edir. Bu barədə Gagadget saytı xəbər verib. Sözügedən düymə Chrome brauzerinin alətlər panelində yerləşəcək və istifadəçi həmin düymə vasitəsilə digər qovluqdakı video və ya musiqini işə sala və ya dayandıra biləcək. Bu yeni funksiya Global Media Controls adlanır və hal hazırda tərtibatçılar üçün olan Chrome Canary brauzerində test olunur.

Həmin düyməyə klik edən zaman brauzerin URL hissəsində kiçik pəncərə açılacaq və video ilə musiqinin digər qovluqda olmasına baxmayaraq onları işə salmaq və ya dayandırmaq mümkün olacaq. Əgər sizdə Chrome Canary brauzeri varsa və siz bu yeni funksiyanı test etmək istəyirsinizsə, onda chrome://flags/ səhifəsinə daxil olmaq və həmin səhifədə Global Media Controls axtarışını etmək lazımdır. Daha sonra əldə olunmuş nəticəni aktiv etməklə brauzeri yenidən işə salmaq lazımdır. Məhz bundan sonra bu yeni düymə brauzerə əlavə olunacaq.

Yeni funksiya hələki YouTube və Vimeo videoservisləri və o cümlədən Apple ilə Spotify-dakı podcast səhifələri ilə çalışır. Yeni funksiyanın əsas Chrome brauzeri üçün nə zaman aktiv olacağı barəsində hələki bir məlumat yoxdur. Hər halda bu funksiya çox faydalıdır. Belə ki, istifadəçi videonu, musiqini dayandırmaq və ya dəyişdirmək üçün artıq digər qovluğa keçid etməli olmayacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...