“Google” şirkəti atmosferə atılan tullantıların azaldılması üzrə planları barədə məlumat verib. Bundan ötrü internet nəhəngi bütün qurğularında ekoloji cəhətdən təmiz materiallardan istifadəyə başlayacaq, dəniz vasitəsilə daşımaların sayını azaldacaq və ağac əkməklə tullantıları kompensasiya edəcək.
Şirkətin mətbuat xidmətindən verilmiş məlumata görə, 2022-ci ilədək bütün qurğularında yenidən emal edilmiş materiallardan istifadə ediləcək. Artıq “Nest”in bəzi məhsullarında ekoplastikdən istifadə edilir.
“Engadget” nəşri yazır ki, həmçinin “Apple” kimi digər texnoloji şirkətlər hər il öz qurğularının yeni versiyalarında ekoloji cəhətdən təmiz material növlərindən istifadə edirlər.