Əsas səhifə Biznes sahələri Texnologiya “Google” şirkəti smart saat patentinə sahib olub

“Google” şirkəti smart saat patentinə sahib olub

56
Paylaş

Bir çox istifadəçilərin gözləntilərinə baxmayaraq keçən il Google şirkəti Pixel 3 smartfon modelləri ilə birlikdə özünün smart saat modelini təqdim etmədi. İndiyənə kimi şirkətin bu məsələ ilə bağlı bir məlumat verməməsinə baxmayaraq internetdə həmin smart saat barəsində artıq məlumat ortaya çıxıb. Perspektiv cəhətdən Google şirkətinin smart saat modeli digər şirkətlərin daşınıla bilən cihazlarına rəqib ola bilər. Bu barədə Androidauthority saytı xəbər verib.

Letsgodigital saytı Google şirkətinin Camera Watch kod adına sahib smart saat modeli barəsində məlumatların əks olunduğu patent sənədini təqdim edib. Şirkətin smart saat modeli öz qeyri adi dizaynı ilə marağı cəlb edir. Belə ki, saat birbaşa ekrana inteqrasiya edilmiş kameranı əldə edib. Perspektiv baxımdan bu üsulla istifadəçi smartfondan istifadə etməyərək videoçəkiliş apara və ya öz yaxınları ilə videozəng reallaşdıra bilər.

Çox güman ki, smart saat əsas idarəetmə elementi kimi ekranın perimetri üzrə sensorlu sahə əldə edəcək. Buna həmçinin smart saatda heç bir fiziki düymənin olmaması da işarə edir. Təqdim olunmuş məlumatlar arasında smart saatın texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Bu patent sorğusu bu ilin yaz fəslində göndərilmişdi. Smart saatın nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı bilinmir.