Əsas səhifə Biznes sahələri Texnologiya “Google” şirkəti internetdə lazımi informasiyanın axtarışını asanlaşdıran yeni funksiyanı sınaqdan keçirir

“Google” şirkəti internetdə lazımi informasiyanın axtarışını asanlaşdıran yeni funksiyanı sınaqdan keçirir

109
Paylaş
Google
Google

“Google” şirkəti öz axtarış servisində internetdə lazımi informasiyanın axtarışını asanlaşdıran yeni funksiyanın sınaqlarına başlayıb.

“Google” vasitəsilə informasiya axtarışında bir sıra istifadəçilər sorğuya görə saytlar açılan zaman səhifənin dərhal məqalədə cavabla birgə lazımi yerə yönəldilməsi, sonuncunun isə əlavə olaraq sarı rənglə göstərilməsi ilə rastlaşıblar. Qeyd olunan nümunələrdən məlum olur ki, açılan saytda 4K və 1440p formatı arasında fərq barədə sorğu verilən zaman mətndə təsvir ölçülərinin fərqinin göstərildiyi fraqment seçilir.

Qeyd etmək laızmdır ki, bu funksiya 2018-ci ildən mobil qurğularda bir sıra AMP səhifələrinin açılması üçün istifadə olunur. Lakin indi yalnız “Chrome” brauzerində işləyən yeni funksiyadan “Google” axtarış sisteminin fərdi kompüterlər üçün nəzərdə tutulan versiyasında da istifadə mümkün olub.

“Google” əməkdaşlarının sözlərinə görə, hazırda yeni funksiyadan istifadəçilərin 5 faizi yararlana bilər. Onun qlobal istifadəyə nə vaxt veriləcəyi barədə məlumat verilmir.