“Google”, San-Fransiskoda mənzil tikintisinə 1 milyard dollar yatırım edir

Date:

Paylaş:

Şirkət 15 min ev inşa etməyi planlaşdırır.

“Google”, San-Fransisko körfəzində yaşayış yeri tikintisinə 1 milyard dollar yatırım etməyə hazırlaşır. Bu barədə korporasiyanın baş direktoru Sundar Pichai şirkətin bloqunda məlumat verib.

 “Hər ərazidə bir problem həmişə aktualdır – mənzil problemi. Yüksələn həyat şəraiti ilə əlaqədar olaraq yeni təkliflərin olmaması orta və aşağı gəlirli şəhər əhalisi üçün uyğun yaşayış yerinin çatışmamasına gətirib çıxarıb”.  

                     Sundar Pichai, “Google”-un baş direktoru

Yaxın on ildə “Google”, ofis və kommersiya binalarının təminatından 15 min evin tikintisinə 750 milyon dollar ayırmaq niyyətindədir.

Şirkət əlavə 250 milyon dollar investisiya fonduna xərcləyəcək və bu da developerlərin ən azından beş min mənzil tikmələrinə imkan verməlidir. “Google” həm də mənzil çatışmazlığı problemi ilə məşğul olan qeyri-kommeriya təşkilatları üçün yardma 50 milyon dollar ayıracaq.

San-Fransisko yaşayış üçün ən bahalı şəhərlərdən biridir. TechCrunch yazır ki, burada yerli əhalinin texnologiya sahəsinə nifrəti var, çünki onlar belə hesab edirlər ki, o, qiymətlərin artımına səbəb olur. Uyğun yaşayış yeri tikintisinə dəstək proqramını nəşriyyat “Google”-un “vicdan borcu” və reputasiyanın artırılmasına cəhd kimi dəyərləndirir.

 

               

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...