Xidmət, biznesin inkişafı üçün fəaliyyət planı yaratmağa və lazım olan biznes-alətləri “Google”-dan axtarıb tapmağa kömək edir.
“Google”, kiçik biznes üçün məsləhətli sayt buraxıb. O sahibkarların biznes-alətlər axtarışını asanlaşdıracaq. Bu barədə şirkət özü açıqlama verib.
Saytda biznes sahibkarları şirkətin və veb-saytın adını qeyd etməli, sonra isə bir neçə suala cavab verməlidirlər. Xidmət biznesin inkişafı üçün fəaliyyət planı hazırlayır və məsələn, reklam kompaniyası keçirmək barədə məsləhətlər verir. Saytda həmçinin, biznes üçün Google alətləri və “Grow with Google” proqramı vasitəsilə ödənişsiz dərslər haqqında məlumatlar da var.
“Grow with Google” proqramını “Google” 2017-ci ildə buraxıb. Layihə çərçivəsində şirkət pulsuz tədris kursları və alətlər təqdim edir. Beləcə, istifadəçilərə iş tapmaq və ya öz biznesinin açmaqda kömək edir.