“Google Play” mağazasında kriptovalyuta oğurluğu edən bir neçə mobil tətbiq aşkar edilib

Date:

Paylaş:

“Eset” antivirus proqram təminatı istehsalçısı “Google Play” mağazasında kriptovalyuta oğurluğu üçün istifadə olunan bir neçə mobil tətbiq aşkar edib. Həmin tətbiqlərdən biri populyar “Trezor” kripto pulqabı adı altında maskalanıb.

Proqramın təsviri şübhə doğurmur: o, qanuni xidmət kimi görsənir, istehsalçı kimi “Trezor Inc.” şirkəti göstərilir. Bundan başqa, axtarış sistemində bu proqram rəsmi proqramdan sonra ikinci sətirdə tapılır.

“Eset”in mütəxəssisləri araşdırma zamanı belə qərara gəliblər ki, çoxfaktorlu müdafiə sistemi sayəsində “Trezor” istifadəçilərinin əmanətləri üçün heç bir təhlükə yoxdur. Ancaq saxta proqram məqsədi kriptovalyuta oğurlamaq olan digər fırıldaqçı proqramla bağlıdır.

“Trezor” saxta proqramını quraşdırdıqdan və işə saldıqdan sonra hesab məlumatlarının daxil edilməsi üçün pəncərə üzə çıxır. Bundan sonra həmin məlumatlar cinayətkarların “coinwalletinc.com” ünvanında yerləşən serverinə göndərilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...