“Avast” antivirus istehsalçısı “Google Play” mağazasının kataloqunda 7 casus proqramı aşkar edib. Bu proqramların köməyi ilə kolleqa və qohumları izləmək mümkün idi.
Həmin proqramlar aşağıdakılardır: “Track Employees Check Work Phone Online Spy Free”, “Spy Kids Tracker”, “Phone Cell Tracker”, “Mobile Tracking”, “Spy Tracker”, “SMS Tracker” və “Employee Work Spy”.
Bu proqram təminatı ümumilikdə 130 min dəfədən çox yüklənilib. Ən çox “Spy Tracker” və “SMS Tracker” proqramları yüklənilib.
Aşkar edilmiş zərərverici proqramlar qurbanın olduğu yeri izləyib, onun kontaktlarını, SMS mesajlarını və zənglərin tarixçəsini toplayıb. Bəzi qurğularda “WhatsApp” və “Viber” mesajlarına müdaxilə etmək mümkün olub.
Bütün casus proqramları “Google Play”dən silinib.