158 min m2 sahəsinə malik olan yeni kampusa Hadson küçəsində yerləşən iki bina və Vaşinqton küçəsində Manxetten ərazisindəki ofislər daxil olacaq. Bu barədə Google şirkətinin maliyyə direktoru olan Rut Porat, korporasiyanın blogunda bildirib.
Bu, Google-a New-Yorkda Hudzon çayı ərazisində varisliyini genişləndirməyə imkan verəcək. Xatırladaq ki, bir qədər əvvəl isə şirkət, pərakəndə satış və ofis kompleksi olan Chelsey Market-i $2 milyard satın aldığını elan etmişdir.
Chelsey Market və “Google Hudson Square” sərmayə yatırımı, şirkətə növbəti onillikdə Nyu-Yorkdakı işçilərin sayını iki dəfə artırmağa kömək edəcək. Hal-hazırda Google şirkətinin Nyu-Yorkdakı kampusunda 7 mindən çox işçi çalışır.
“Nyu-Yorkda yatırdığımız sərmayələr, Amerika obyektlərinə, ofislərinə və iş yerlərinə sərmayə yatırmaq arzumuzun böyük hissəsidir”, deyə Rut Porat bildirib.
Vesti.Ekonomika tərəfindən bildirildiyi kimi, Google şirkətinin ana şirkəti olan Alphabet Inc, Danimarkanın Frederisiya şəhərində yeni məlumat mərkəzinin tikintisinə 4,5 milyard Danimarka kronu və ya $690 milyon sərmayə yatırmaq niyyətindədir.