“Google” proqramistləri, “Maps” tətbiqinin beta versiyasını yeniləyib. Yeniləmə, tətbiqə əlavə olunacaq maraqlı funksiyası ilə diqqətini çəkdi.
Bir çox mövzuda istehlakçılara xidmət göstərən texnologiya nəhənginin ən çox istifadə edilən tətbiqlərindən olan “Google Maps”ın bu yeni xüsusiyyəti sayəsində artıq qaranlıq küçələri keçməkdən çəkinməyəcəyik.
“V10.31.0” kodlu tətbiqetmənin beta versiyası tezliklə Hindistanda sınaqdan keçiriləcək və bütün istifadəçilər üçün əlçatan olacaq. Bu xüsusiyyət istifadəçilər üçün çox müxtəlif və funksional olacaq kimi görünür. Çünki tətbiq həm istehlakçıların təhlükəsizliyini təmin edir həm də onlara yeni yerlər kəşf etməyə kömək edir.
Müəyyən bir yerdəki daha işıqlı küçələri göstərən yeni funksiya ilə birlikdə, olduğunuz yer qaranlıq və çox etibarlı deyilsə, tətbiq yaxınlığındakı küçələri təhlil edir və daha yaxşı işıqlandırılmış yerlərə yönəldir. Funksiya yeni yerləri araşdıran və gecə maşın sürən insanlar üçün də böyük bir üstünlük olacaqdır.