Əsas səhifə Satışda olan bizneslər Avadanlıq “Google” kvant hesablamanın üstünlüyünü bildirib

“Google” kvant hesablamanın üstünlüyünü bildirib

120
Paylaş

“Nature” jurnalı “Google”-un kvant üstünlüyü barədə araşdırmasını dərc edib. Bu barədə The New York Times xəbər verir.

Kvant üstünlüyü dedikdə, müasir kompyuterlərdə aparılması mümkünsüz olan hesablamaları yeni növ cihazların həyata keçirməsi qabiliyyəti nəzərdə tutulur. Belə ki, müasir kompyuterlərin uzun zaman ərzində həyata keçirdikləri hesablamalar kvant cihazlarını cəmi bir neçə dəqiqəyə edirlər. Buna nümunə kimi Google-un Sycamore kvant kompyuterini misal göstərmək olar.

Kvant hesablamalarının gələcəkdə tətbiqini molekul modelləşdirilməsi, dərmanların açılması, süni zəkanın inkişafı və digər sahələrlə əlaqələndirirlər.

The New York Times eyni zamanda qeyd edir ki, bəzi araşdırmaçılar “Google”-un bu uğurunu qeyri-adi hesab etməməyi məsləhət görürlər: kvant kompyuterlərinin real tapşırıqlarda istifadə olunmasına hələ çox var. İndilərdə bir  belə cihazın yaradılması milyonlarla dollara başa gəlir.