Google mobil rabitə operatorlarına şəbəkələrindəki boşluqları göstərən qlobal xidməti bağlayıb. Bu barədə Reuters yazır.
Söhbət Mobile Network Insights-dan gedir. Bu Google-un dünya üzrə bütün mobil operatorlarla işlədiyi pulsuz xidmətidir. Onun köməyi ilə telekom-şirkətlər hansı yerlərdə siqnalın həddini və əlaqənin sürətini artırmağın lazım olduğunu görə bilirdilər.
Bunun üçün Google məkan tarixçəsini göstərən funksiyanın olduğu Android-smartfonlardakı fərdiləşdirilməmiş məlumatlardan istifadə edib. Reuters qeyd edir ki, Google istifadəçilərin və requlyatorların buna diqqət edəcəklərindən qorxduğu üçün xidməti bağlayıb.
Şirkət Avropada artıq GDPR normalarına görə məhkəməyə verilib. ABŞ-da da belə çəkişmələrə əvvəlcədən qoyulan şərtlər var.