Əsas səhifə Xəbərlər Digər xəbərlər “Google”un işçiləri evdən işləyəcəklər

“Google”un işçiləri evdən işləyəcəklər

32
Paylaş

“Google”un sahibi “Alphabet Inc.” Şimali Amerikada olan bütün əməkdaşlarına koronavirus səbəbindən ofislərinə getməməyi tapşırıb.

Qeyd edək ki, texnologiya nəhənginin əsas ofisi Kaliforniyada yerləşir və şirkət bu ilin aprel ayının 10-na qədər ofislərə getməməyi “tövsiyə edir”.

Şirkət artıq koronavirusun daha yüksək yayıldığı Sitıl ərazisində işçiləri evə göndərib. Bununla da virusa yoluxma riskini azaldaraq, heyətin sağlamlğına zərər gəlməyəciyini düşünürlər.