Əsas səhifə Biznes sahələri Texnologiya “Google” iOS və Android-ə məkan tarixçəsini avtomatik silmə funksiyasını əlavə edib

“Google” iOS və Android-ə məkan tarixçəsini avtomatik silmə funksiyasını əlavə edib

368
Paylaş
Google
Google

İstifadəçilər  hər üç və ya 18 aydan bir  tarixçəni silmə funksiyasını qaydasına sala bilirlər.

“Google” iOS və Android  cihazlarına şəxsin olduğu yer haqqında məlumat tarixçəsini avtomatik silmə funksiysını əlavə edib. Bu barədə şirkət 2019-cu ilin mayında elan vermişdi, indi isə təqdim edib.

İstifadəçilər, “Google”-un hansı zaman ərzində -üç ya 18 ay, məlumatları saxlaması barədə seçim edə biləcəklər. Daha köhnə məlumatlar isə özləri avtomatik olaraq qeyd yerindən silinəcəklər. 

İstifadəçilər tətbiqlərdən və internetdən istifadə, həmçinin yerləşdikləri məkan barədə məlumatları özləri silə bilərlər. Həm də “Google”-un bu məlumatlara daxil olmasını düzəlişlər yerindən təmamilə bağlamaq mümkündür.