Google şirkəti Inbox proqramını bağlamaq barədə qərar qəbul edib. Şirkətin verdiyi məlumata görə İnbox Mart 2019 tarixində fəaliyyətini saxlayacaq. Bu müddət ərzində istifadəçilər Gmaila keçə bilərlər.
Inbox 2014-cü ildə poçt imkanlarının test edilməsi üçün innovativ meydança kimi yaradılmışdır. Orada yaradılan bir çox funksiyalar artıq Gmail-da öz əksini tapmışdır.