Əsas səhifə Xəbərlər Xarici xəbərlər Google ilk dəfə olaraq “YouTube”un gəlirini açıqlayıb

Google ilk dəfə olaraq “YouTube”un gəlirini açıqlayıb

58
Paylaş

Google Alphabet-in 2019-cu ilin dördüncü rübü üzrə hesabatına əsasən ilk dəfə olaraq YouTube-un reklam gəlirlərini açıqlayıb. Xidmət rüb ərzində 4,72 mlrd. dollar, ildə isə 15,15 mlrd. dollar (əvvəlki illə müqayisədə 36% çox) gəlir gətirib.

Hesabatda deyilir ki, Premium və Music Premium abunəliklərindən 20 milyondan çox adam istifadə edir. Hesabatda onlardan gələn gəlir YouTube-un nəticələrinə deyil, “digərləri” bölməsinə daxildir. Bu kateqoriya 2019-cu ilin dörüdncü rübündə  5,26 mlrd. dollar gəlir gətirib.

“Hamı YouTube-un böyük bir biznes olduğunu bilirdi, amma əvvəllər heç kim məhz necə böyük olduğunu bilmirdi” – Axios qeyd edir. The Verge vurğulayır ki, YouTube-un gəliri Facebook-dan təxminən beş dəfə az, amma Amazona məxsus Twitch-dən altı dəfədən də çoxdur.

Alphabet Holdinqi xalis mənfəətə görə analitiklərin proqnozlarını üstələyib: Reuters qeyd edir ki, şirkət dördüncü rübdə gözlənilən 8,78 mlrd.dollar nəticənin əksinə olaraq 10,67 mlrd. dollar hesaba alıb. Amma şirkətin rüb üzrə ümumi gəliri 46,08 mlrd. dollar olub və bu da gözlənilən 46,94 mlrd. dollardan azdır və 17,3% artıb – bu, şirkətin 2015-ci ildən bəri ən ləng artım göstəricisidir. Agentlik bildirir.

Qeyd edək ki, Google YouTube videoxidmətini 1,65 mlrd. dollara alıb.