Tayvan mətbuatında çıxan xəbərlərə görə, Google, son dövrlər istehsal etdiyi telefonlardan gözlədiyini əldə edə bilməyən və maliyyə baxımdan geriləyən HTC-nin bir qismini və ya hamısını satın almağa yaxındır.
Google-ın, Tayvanlı telefon və elektron avadanlıqları istehsalçısı HTC-nin bir hissəsini və ya hamısını satınalmada son mərhələyə gəldiyi iddia edilib. HTC, hazırda Google-ın Pixel model telefonlarını istehsal edir.
“Marja” xəbər verir ki, Tayvanda dərc olunan “Commersial Times”ın xəbərinə görə, bir dövr Amerika Birləşmiş Ştatlarında çox populyar olan HTC-nin, hazırda bazarda qalmaqda çətinlik çəkdiyi, yeni telefonların gözlənilən effekti vermədiyi və maliyyə cəhətdən süquta keçdiyi bildirilir.
Bəzi ekspertlər xəbərlərə təmkinli yanaşsa da, Google-ın bu sahədə dahda əvvəl də təcrübələri olduğu bilinir. Şirkət, 2011-ci ildə Motorola Mobilit-ni təxminən 13 milyard dollar qarşılığında satın almış ancaq aradan 3 il keçmədən 2.9 milyard dollara Lenovo-ya satmışdı.