“Google” korporasiyası təhlükəsizlik mütəxəssisləri və hakerlərə mükafat vermək niyyətindədir.
İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, mükafat “Google Play Store” onlayn mağazası tərəfindən təqdim edilən “Android” mobil əlavələrdə aşkarlanan və səhvi düzəlmiş hər bir mobil əlavə üçün veriləcək. e.
Mükafatın həcmi min dollardan artıq təşkil edəcək. Beləliklə, şirkət şəxsi kataloqunun “rəqəmsal zibil”ə çevrilməsi ilə bağlı ittihamlara reaksiya vermiş olub.
“Google” mütəxəssisləri qeyd ediblər ki, standart metodlar vasitəsilə, şirkətin avtomatika və kadr resurslarından istifadə etməklə problemləri həll edə bilməyiblər. Məhz bundan sonra onlar “Play Security Reward Program” mükafatlandırma sisteminin tətbiqinə başlamaqla bağlı qərara gəliblər. Layihə perspektivdə “Google Play Store”u daha təmiz və istifadəçilərin istifadəsi üçün daha da təhlükəsiz yer etməlidir. Mükafatlandırma həmçinin əməkdaşlıq üçün bir stimul ola biləcək.