Yenilənmə yaxın vaxtlarda olacaq.
Google şirkətinin bloqunda bildirilir ki, şirkət istifadəçilərin şəxsi məlumatlarının gizliliyinin və təhlükəsizliyinin təmin olunmasını daha da təkmilləşdirmək üçün öz məhsullarına yeni funksiyalar əlavə edib. Yenliklər aşağıdakılardan ibarətdir:
1 .“Google Maps”da gizlilik rejimi. Funksiya profil şəkli üzərinə basmaqla aktivləşir və ləğv edilir. O işləyərsə Google axtarış tarixçəsini yaddaşda saxlamayacaq və şəxsi məsləhətlər verə bilməyəcək. Yaxın həftələrdə funksiya Android-də, bir qədər sonra isə iOS-da olacaq.
2 . YouTube-da axtarış tarixçəsinin avtomatik silinməsi. İstifadəçi məlumatların saxlanması müddətini təyin edə bilər – üç və ya 18 ay.
3 . “Google Köməkçi” ilə yeni iş imkanları – məsələn, istifadəçi səsli göstərişlərin köməyi ilə gizlilik meyarlarını idarə edə biləcək. Funksiya yaxın həftələrdə bütün istifadəçilər üçün adəti üzrə qoşulmuş olacaq. Məlumatları səsin köməyi ilə yalnız yeddi gün ərzində silmək mümkün olacaq – bu müddəti uzatmaq üçün quraşdırma meyarlarında təsdiqləmə etmək lazım gələcək.
4 .Google parol nəzarətçisini də yeniləyib – artıq istifadəçi, parolun güvənliliyini, həmçinin, əvvəllər də istifadə edilib-edilmədiyini və ya üçüncü bir şəxsə açıq olub-olmadığını da yoxlaya biləcək.