ABŞ-ın “Google” korporasiyası öz aktivlərinə Gmail.ru domenini də əlavə edib.
Domenin sahibi olan Sema.ru internet studiyası hələlik KİV-lərdə dərc olunan bu məlumatı nə inkar edir, nə də təsdiqləyir.
Mənbənin məlumatına görə, təkrar qeydiyyatla bağlı əqd cümə günü, mayın 19-da baş tutub. Sema.ru rəhbərliyi öz domeninə görə 10 min dollar alıb. Baxmayaraq ki, mütəxəssislərin birgə rəyinə görə, “Google” bu domenin alınması üçün 10 dəfə çox pul verə bilərdi və verməli idi.
Sema.ru studiyası 14 il müddətində Gmail.ru domeninin sahibi olub. Rusiya Patent Bürosunda eyni adlı ticarət markası qeydə alınıb. İnternet bazarının analitikləri hazırda beynəlxalq şirkətlərin Rusiya domen adları seqmentinə olan marağından danışırlar.
lent.az