Əsas səhifə Biznes sahələri Texnologiya “Google” Envelope xidmətini işə salıb

“Google” Envelope xidmətini işə salıb

64
Paylaş

Envelope

Tətbiq telefonu ağ-qara “zəngedən”ə çevirir. Onda isə ancaq nömrə yığan və ya kamera var. Unikallığı ondadır ki, tətbiqin işləməsi üçün Google PDF zərf çertyojunu çap edib telefonu onunla qablaşdırmaq lazımdır (indi ancaq Pixel 3a dəstəklənir).

Zərfdə keçiricilər üçün yerlər və barmaq izi sensoru, həmiçinin, nömrə yığmaq üçün olan düymələrin surəti var. Google belə hesab edir ki, zərf telefonun əsas funksiyasının qalmasında yardımçı olacaq, amma bununla belə, yaranan narahatlıqlar gün ərzində smartfondan az istifadə olunmasına gətirib çıxaracaq.

“İdeya  zərfi açmazdan qabaq smartfondan mümkün qədər çox uzaq durmaqdan ibarətdir.” – deyə, şirkətdən bildiriblər. İstifadəçi telefonu çıxaran kimi tətbiq gün ərzində ondan istifadə müddəti barədə xəbər vermiş olacaq.

Şəkil və video çəkimləri üçün də həmçinin, ikinci zərf versiyası var, amma Google hələ ki, onun çertyojunu verməyib.

Activity Bubbles

İstifadəçi hər dəfə telefonu bloka salanda, tətbiq ekranın divarına qabarcıqlar gətirir. Telefon nə qədər çox işlək olarsa, köpüklər də bir o qədər çox olur – telefon yenidən bloka düşəndə qabarcıqlar da daha olmurlar. Günün sonunda istifadəçinin telefonunun ekranında divar şəkli kimi qabarcıqlardan ibarət abstrakt naxış görünür.

Screen Stopwatch

Screen Stopwatch da Activity Bubbles kimi “canlı” (hərəkətli) divar şəkilləridir və onlar smartfonun real rejimdə istifadəsinə nəzarət edirlər. Onlar ekrana hər dəfə smartfon kiliddən çıxarılandan sonra aktivləşən saniyəölçən çıxarırlar. O isə cihazdan gün ərzində nə qədər istifadə edildiyini hesablayır.