“Google” dünyanın ən güclü kvant kompüterini hazırlayıb

Date:

Paylaş:

“Google” şirkəti ən müasir superkompüterlərin imkanlarından kənar hesablamalar aparmağa qadir olan dünyanın ən güclü kvant kompüterini hazırlayıb.

Bu barədə “The Financial Times” korporasiyasının elmi hesabatına yazılıb.

Bildirilir ki, şirkətin elmi işçiləri dünyanın ən güclü kompüteri olan “Sammit”in hesablaması üçün, təxminən, 10 min il lazım olan məsələni 3 dəqiqə 20 saniyədə həll edən prosessor hazırlayıblar. Proqramın yaradıcıları onların işinin tammiqyaslı kvant hesablama prosessoru ilə sonrakı əməliyyatlar üçün ciddi mərhələ olduğunu iddia edirlər.

Qeyd olunur ki, yeni kəşf kompüterlərin gücünü artırmağa imkan verəcək.

“Google” yaradılan prosessoru şərh etməkdən imtina edib. Daha əvvəl riyaziyyatçılar kvant mexanikası maşınını elə öyrədiblər ki, o, səhv etməsin.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...