“Google” koronavirusu ilə əlaqədər Çindəki ofislərini ölkədə keçirilən bayramlardan sonra bağlayacaq.
“Google”un nümayəndəsi bu tədbirləri Çin hökumətinin təlimatlarına əməl edildiyi ilə izah edib. Şirkət Çini tərk edən və yaxınlarda ölkədən gələn işçilərinə, ən azı 14 gün evdən işləməklərinə göstəriş verib.
Çindəki 4 ofisdən başqa, “Google” şirkətinin Honkong və Tayvandakı nümayəndəlikləri də bağlanacaq.