Əsas səhifə Xəbərlər Digər xəbərlər “Google” cookie-fayllarla bağlı yeni qadağa tətbiq edir

“Google” cookie-fayllarla bağlı yeni qadağa tətbiq edir

48
Paylaş

“Apple”ın Safari, “Mozilla”nın Firefox brauzerləri artıq üçüncü tərəf xidmətlərinə digər saytlarda istifadəçiləri izləmək üçün cookie-dən istifadə etmələrinə qadağa qoyub.

“Google” iki il ərzində tədricən Chrome brauzerində üçüncü tərəf cookie-fayllarının dəstəyindən imtina edəcək. Bununla şirkət internetdə gizlilik səviyyəsini yüksəltmək fikrindədir.

Qeyd edək ki, cookie-fayllar brauzerə saytdan ötürülürlər və istifadəçi haqqnda məlumatları yadda saxlamaqda yardımçı olurlar.

Bloomberg bildirir ki, belə tədbirlər internet-nəşrlərin gəlirinin böyük bir hissəsinin ixtisara düşməsinə səbəb ola bilər. “Google”un gəlirinin əsas hissəsi Apple və Mozilladan fərqli olaraq, onlayn-reklamlardan gəlir.

Artıq “Google” vurğulayır ki, belə ölçülər “gözlənilməz nəticələrə gətirib çıxara və həm istifadəçilərə həm də veb-ekosistemə mənfi təsir edə bilər”. Buna görə də şirkət Chrome istifadəçilərinə, reklamçılara və nəşriyyatlara, gizlilik qorunmaqla internetdə targetinq reklamı dəstəyi yollarının axtarışında kömək üçün müraciət edib. “Google” GitHub vasitəsilə rəy və təkliflər irəli sürməyi bildirib.