Google Pixel smartfonlarının istehsalını Çindən Vyetnama köçürür. Bu barədə Nikkei Asian Review yapon qəzeti yazır.
Səbəb ABŞ-la Çin arasında ticarət müharibəsinə görə olan yüksək öhdəliklər və həmçinin ÇXR-də işçi qüvvəsinin artmasıdır. Belə ki, yayda korporasiya Vyetnamın şimal hissəsindəki Nokia zavodunu müasirləşdirməyə başlayıb. Bununla belə, keçmiş Nokia fabrikində yüksək ixtisaslı işçi tapmaq çətindir, belə ki, 10 il bundan qabaq Samsung burada öz istehsal zəncirini yaradıb.
İstehsalın Vyetnama keçirilməsi hələ ilk addımdır. Yapon KİV-i məlumat verib ki, Google yaxın vaxtlarda istehsalın böyük bir hissəsini Çindən digər ölkələrə köçürəcək. Əsasən ağıllı dinamiklərin istehsalı Taylandda ola bilər. Yeri gəlmişkən, Google tam olaraq Çini tərk edə bilməz: burada gadget-lər üçün detalların bir hissəsinin ilkin istehsalı həyata keçirilir.
Google, Çini tərk edən yeganə İT-nəhəngi deyil. Bundan qabaq, Nikkei Asian Review Apple, HP, Dell, Microsoft, Amazon, Lenovo, Acer, Sony, Asus və Nintendo-nun da eyni hərəkətə əl atmalarından yazıb.