“Google” , Chrome brauzeri və Chrome OS əməliyyat sistemi üçün yenilənməni dayandırıb: şirkət karantin müddətində onların fəaliyyətində baş verə biləcək bağlantı kəsilmələrinin qarşısını almaq üçün bu addımı atıb.
Bu barədə proqramçılar Twitter hesabında məlumat veriblər.
“Məqsədimiz hal-hazırda Chrome və Chrome OS-un stabil işini, təhlükəsizliyini və etibarlılığını təmin etməkdir. Üstünlüyü, Chrome 80-ə daxil ediləcək təhlükəsizlik yenilənmələrinə verəcəyik. Bizimlə qalın” – şirkətin açıqlamasında bildirilir.