“Google” “bulud” biznesi çərçivəsində yeni tərəfdaşlıq proqramını istifadəyə verib

Date:

Paylaş:

“Google” şirkəti “bulud” biznesi çərçivəsində yeni tərəfdaşlıq proqramını istifadəyə verib. Bu təşəbbüs şirkətin tərəfdaşlarla fəaliyyətini sadələşdirmək məqsədi daşıyır.

Şirkətin qlobal tərəfdaşlıq strategiyaları və proqramlar üzrə rəhbəri Nina Hardinqin sözlərinə görə, “Google Cloud Partner Advantage” adlı yeni proqram 16 tərəfdaşlıq proqramını birləşdirir və tərəfdaşlıq ekosisteminin genişləndirilməsi məqsədilə “Google Cloud” platformasının işçi heyətinin artırılması üzrə ilk iş hesab olunur.

Yeni tərəfdaşlıq proqramı altı sahəni əhatə edir: maliyyə xidmətləri, səhiyyə, pərakəndə ticarət, istehsal, dövlət sektoru, KİV və əyləncə.

Texnoloji baxımdan “Google Cloud Partner Advantage” proqramında əsas diqqət infrastruktur, məlumatların idarə olunması, biznes analitikası, paket əlavələr və ofis işinin yenilənməsinə yönəldilib.

Proqram texnologiya, prioritet iş yükləri və sahələrə əsaslanan yeni ekspert bilikləri təqdim edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...