“Google” şirkəti bildirib ki, üçüncü tərəf şirkətlərinə .new domen zonasında ünvanlar təqdim edəcək.
Bunlar nədir? Bu domenlər brauzerdə göstərişlərin tez həyata keçirilməsi üçün nəzərdə tutulub.
“Google” onlardan artıq öz məhsulları üçün istifadə edir. Məsələn, ünvan sətrində docs.new yazmaqla tez bir zamanda sənəd tərtib etmək olar.
G Suite üçün tam göstərişlər siyahısı:
- docs.new— Google Docs
- doc.new— Google Docs
- sheets.new— Google Sheets
- sheet.new— Google Sheets
- slides.new— Google Slides
- slide.new— Google Slides
- keep.new— Google Keep
- forms.new— Google Forms
- form.new— Google Forms
- cal.new— Google Calendar
- meeting.new— Google Calendar
- sites.new— Google Sites
- site.new— Google Sites
Artıq necə olacaq? İndi .new zonasına digər şirkətlər də qoşulacaqlar. Sürətli göstərişlər Spotify (playlist.new), Bitly, Canva, Coda, Medium, OVO Sound, RunKit, Stripe və Webex-də olacaq.
Ticarət nişanları olanlardan 2020-ci ilin 2 dekabrından 14 yanvarına kimi Google Registry vasitəsilə ərizələr qəbul olunacaq – bu müddət ərzində lazımlı ünvanları öncədən rezerv etmək mümkündür. İlk domenlər 2020-ci ilin yanvarında paylanılacaq və 2020-ci ildə istəyən hər kəs .new-da domenlər qeydiyyata ala biləcək.