“Google”, biznes üçün 999 dollara yeni Glass Enterprise “ağıllı” eynəklərini təqdim edib

Date:

Paylaş:

Eynəklər bir dəfəyə enerji yığımı ilə səkkiz saata qədər işləyə bilirlər.

“Google”, ticarət istifadəsi üçün yeni Glass Enterprise Edition 2 “ağıllı” eynəklərini təqdim edib. Bu barədə şirkət öz bloqunda məlumat verib.

Cihaz Qualcomm Snapdragon XR1 prosessorunda işləyir. Şirkətdən bildiriblər ki, bu, yüksək istehsal qabiliyyətini və komputerə baxma dəstəyini təmin edir.

“Google”, yeni Glass Enterprise-a sürətli enerji yığımı funksiyalı USB-C portunu əlavə edib. Batareyanın həcmi 820 mAh-dır və bu da səkkiz saatlıq işləməni təmin edir.

Glass Enterprise Edition 2 açıq kodlu Android platformasında işləyir. Cihaz, həmçinin, “Android Enterprise Mobile Device Management” biznesi üçün  mobil platformanı dəstəkləyir.

Eynək , “Wi-Fi” və ya “Bluetooth” vasitəsilə ilk şəxsdən video yayımını həyata keçirmək üçün 8 meqapiksel kamera ilə təchiz olunub. Cihazın yaddaş həcmi 32 Gb-dır.

İstifadəçilər, təlimatlara baxmaq, şəkilləri və videoçarxları göndərmək və digər tapşırırqları yerinə yetirmək üçün Glass Enterprise-dan istifadə edə bilərlər. “Google”-da bildiriblər ki, öz işlərində cihazdan istifadə edən şirkətlər işin səmərəliliyinin 20-50% artmasından xəbər verirlər.

“Google”-un cihaza verdiyi qiymət 999 dollardır. Bununla belə, “Google”-un “Google Enterprise”ı konkret sahə üçün modernləşdirən bir neçə tərəfdaşı var. Bundan asılı  olaraq, onun qiyməti dəyişə bilir.Bəzi şirkətlər taksit planı təklif edirlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...