Əsas səhifə Biznes Google-ın baş şirkəti Alphabet birjada rekord qırdı

Google-ın baş şirkəti Alphabet birjada rekord qırdı

786
Paylaş

Amazon-dan sonra Googe-ın ana şirkəti olan Alphabet-in səhmləri də, bu səhər ilk dəfə 1000 dollar səviyyəsini keçərək rekord qırıb.

“Marja” xəbər verir ki, Alphabet-in səhmlərindəki bahalaşma, bəzi məsləhət şirkətlərinin investorlara Apple yerinə Alphabet payı almağı tövsiyə etmələrindən qaynaqlandığı bildirilir.

Google-ın səhmləri 1%-dən çox bahalaşaraq 1007 dollar səviyyəsinə yüksəlib.

DÜNYANIN ƏN DƏYƏRLİ 2-Cİ ŞİRKƏTİDİR

Alphabet-in səhmlərinin dəyəri bu il 25%-dən çox artaraq 680 milyard dollara çatıb. Şirkət 800 milyard dollar dəyərində Apple-dan sonra dünyanın ən dəyərli 2-ci şirkətidir.

Nyu-York Birjasında əməliyyat görən Amazon-un səhmləri, keçən həftə ilk dəfə 1000 dollar sərhədini keçərək 1001 dollara qədər yüksəlmişdi.