“Google” App Maker tətbiqlər konstruktorunu bağlayır

Date:

Paylaş:

Google şirkəti tətbiqlər dizayneri App Maker-i bağlayır. Bu, 2021-ci il 19 yanvarda baş tutacaq. Şirkətdən bildirilib ki, buna səbəb ona tələbin az olmasıdır.

“Google” xəbər verir ki, xidmətin fəaliyyəti tədricən dayandırılacaq. Şirkətdən qeyd edirlər ki, hal-hazırda App Maker aktiv proqram işləri həddində olmasa da işlərini davam etdirir.

2020-ci ilin 15 aprelindən sözügedən xidmətdə artıq yeni tətbiqlər yaratmaq mümkün olmayacaq, amma olan tətbiqləri redaktə etmək imkanı qalacaq. 2021-ci ilin 19 yanvarında App Maker-in bazasındakı bütün tətbiqlər bağlanandan sonra isə Google Cloud SQL proqramçıları üçün bulud bazadakı App Maker məlumatları dəyişmədən olduğu kimi qalacaq.

Şirkət xəbərdalıq edib ki, spesifik App Maker mənbə koduna görə istifadəçilər öz tətbiqlərini birbaşa digər platformaya ötürə bilməyəcəklər və ona görə də, bir neçə digər xidmətlər məsləhət görüb:

AppSheet – çətin biznes-proseslərin avtomatlaşdırılması üçün. Bu platforma Cloud SQL-i dəstəkləyir və mövcud məlumatlar bazasında tətbiqlər qurmaq imkanı yaradır.

Google data-mərkəzində veb-tətbiqlərin hostinqi və işlənib hazırlanmsı üçün – App Engine.

Məlumatların toplanması – Google Forms. Şirkətdən bildirilib ki, bu xidmət App Maker-də olmayan çoxlu funksiyanı özündə daşıyır.

Qeyd edək ki, yarandığından bəri “Google” 189 layihəsini bağlayıb və daha beşini də bağlamağı düşünür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...